
Qarabağda və Azərbaycanda seçkiqabağı dövrdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsində ciddi dəyişikliklər gözlənilmir, bu da dolğun daxili siyasi gündəmlə bağlıdır. Bu barədə jurnalistlərlə görüş zamanı yanvarın 29-da Qafqaz İnstitutunun müdiri, politoloq Aleksandr İskandaryan qeyd etdi.
Onun sözlərincə, münaqişə əhəmiyyətli dəyişikliklər gözləmək mərhələsində deyildir. “Səçkilərə gəlincə, Azərbaycanda bunların nəticələri az və ya çox proqnozlaşdırıla bilər, halbuki qarabağda seçkilərin nəticələrinin proqnozlaşdırılması daha çətindir”- deyə o bildirdi.
Ermənistan və Azərbaycanın Xarici işlər nazirlərinin keçiriləcək görüşünə toxunaraq, İskandaryan qeyd etdi ki, əgər onların nəticələri danışıqlar prosesinin davam etdiyini göstərirsə, o zaman artıq görüşün yaxşı olduğunu düşünmək olar, çünki bu mərhələdə ciddi dəyişikliklər gözlənilmir. “Kimdən və hansı ritorikadan və hansı tamaşaçı üçün istifadə edilməsindən asılı olmayaraq, danışıqlar 1996-1997-ci illərdən bəri Madrid prinsiplərin ətrafında davam edilir. Hər halda, tərəflər arasında qarşılıqlı əlaqə yaratdığını hesaba alaraq, görüşün faktı artıq isə müsbətdir, beynəlxalq oyunçuların vasitəçiliyə cəlb edilməsi status-kvonun qorunması üçün daha güclü bir əsas verir. Ancaq onlar tərəflər olmadan münaqişəni həll edə bilməyəcəq, bu artıq yalnız ermənilərdən və azərbaycanlılardan asılıdır”- deyə Aleksandr iskandaryan yekunlaşdı.