Serj Sarkisyanın və digərlərinin işi məhkəməyə göndərilib
Baş prokurorluq üçüncü ER Prezidenti Serj Sarkisyanın işi üzrə ittiham aktını təsdiqlədi və bununla da iş məhkəməyə göndərildi. Bu haqda “Faktinfo”-nun sualına cavab olaraq ER Baş prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arevik Xaçatryan bildirib. Üçüncü prezidentin işi üzrə ibtidai istintaq ilin əvvəlində başa çatdı. İşdə aşkar edilmiş sübutlar Xüsusi istintaq xidməti tərəfindən ittiham aktı hazırlamaq və məhkəməyə göndərmək üçün yetərli sayılmışdır. 2019-cu il dekabrın 4-də Xüsusi istintaq xidməti (XİX) təşkilatı təqaüdçü Prezidentdən təxminən yarım milyard dram ( təx. 1milyon 44 min ABŞ doları) mənimsəməkdə günahlandırdı. Ona qarşı ehtiyat tədbir olaraq ölkədən uzaqlaşmamağıyla bağlı imza götürülüb.Serj Sarkisyan ittihamı qəbul etmir.