
Yaponiyanın Maliyyə xidmətlər agentliyi (FSA), Azərbaycanın CBase Fintech Lab MMC (sədri Namik Ələskərov) kripto şirkətinə xəbərdarlıq edib.Məlumat Yaponiyanın rəsmi saytına istinadən qeyd olunub.Məlumata görə, Yaponiya sakinləri Bakıda CROSS exchange adıyla qeydiyyatdan keçmiş CBase borsa xidmətinin müştərilərinin bir hissəsini təşkil edir, lakin ölkədə kriptovalyutalar (bitcoin və s.) İlə məşğul olan şirkət qeydiyyatsız fəaliyyət göstərir bu isə tənzimləmə rejiminin pozulması deməkdir.CBase-dən əlavə, burada qanun nümayəndəsinin və sədr Namiq Ələsgərovun adından, şirkətin Bakıdakı ünvanından da bəhs olunur. FSA, pozuntulara cavab olaraq hansı tədbirlərin görüləcəyi barədə heç nə deməyib.Yapon xəbərdarlığına cavab olaraq, CBase Twitter-də ”müxtəlif səbəblərə görə Yapon dilində texniki dəstəyi dayandırdığı” barədə bildirib. Coinmarketcap-ın məlumatına görə, Yapon maliyyə xidmətləri agentliyinin xəbərdarlığından bir gün əvvəl CROSS exchange ticarət həcmi təxminən 7 milyon dollar təşkil etmişdir. Bununla yanaşı platformada həcmlərə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək tranzaksiya mədən təcrübəsi tətbiq olunur.