
Ermənistanda yerləşdirilmiş Rusiyanın 102-ci hərbi bazasının və Ermənistanın Silahlı Qüvvələrinin silahlandırılması Ermənistanın və KTMT təhlükəsizliyinin möhkəmləndirilməsində vacib addımdir.
Yanvarın 30-da brifinq zamanı bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birgə Qərargah rəisi general-polkovnik Anatoli Sidorov Amerika-İran münasibətlərinin gərginliyi nəzərə alaraq, KTMT bölgədə nə zəruri tədbirlər görmək niyyətində olduğu barədə suala cavab verərək qeyd edib.
“Ermənistanda yerləşdirilmiş Rusiya 102-ci hərbi bazanın möhkəmləndirilməsi və Ermənistanın qoşunlarının silahlandırılması təsadüfən baş verməyəcəkdir”- deyə Sidorov bildirdi. General-polkovnik Anatoli Sidorovun sözlərincə, Təşkilatın nizamnamələri və dövlət başçılarının qəbul etdiyi strategiyada qeyd edilir ki, hər halda KTMT-nin potensialının artırılmasının əsas mənbəyi milli qoşunların və milli birləşmələrin gücləndirilməsidir.
“Gücləndirmənin digər amili təşkilatın qoşunlarının Qafqaz bölgəsindəki təlimləridir. Həmin il bölgədə bir sıra əməliyyat tədbirlərinin keçirilməsini planlaşdırmışıq “-deyə Sidorov yekunlaşdı.