
2020-ci ildə KTMT çərçivəsində ən çox təlimlər Ermənistanda keçiriləcək. Bişkek-Yerevan-Minsk-Moskva TV körpüsündə KTMT Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov deyib.
“Bu il Ermənistanda “Axtarış” kəşfiyyat qüvvələri və vasitələri ilə birlikdə təlimlər keçiriləcək, Kollektiv operativ reaksiya qüvvələriylə “Qarşılıqlı əlaqə-2020” təlimləri və üzv ölkələrin maddi-texniki təmin qüvvələri və vasitələriylə “Eşelon” xüsusi təlimi keçiriləcək. KTMT çərçivəsində iki digər təlimlər Rusiya və Qırğızıstan ərazilərində keçiriləcək”- deyə KTMT Birləşmiş Qərargahının rəisi bildirdi.