
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan tərəfindən girov götürülmüş erməni çoban Manvel Saribekyanın işiylə bağlı qərar verib. İnsan haqları Konvesiyasının 2-ci maddəsi(Yaşama hüququ) və 3-cü maddəsiyl (işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı qadağan edilir) pozuntudur. Məhkəmə qərara gəldi ki, Azərbaycan iddiaçılara 60 min avro mənəvi zərərin ödənilməsiçün və 2200 avronu isə məhkəmə xərcləriçün ödəməlidir. Xatırladaq ki, Çambarak rayonunun Ttucur kənd sakini Manvel Mamikoni Saribekyan 2010-cu il sentyabrın 11-də Şamşadin istiqamətində Azərbaycan silahlı qüvvələri tərəfindən girov götürülmüşdür.Saribekyan mülki şəxs idi, çoban olarkən və girov götürüldüyü müddətdə Ermənistan Silahlı qüvvələrində xidmət etməmişdir. Buna baxmayaraq, Azərbaycan Müdafiə nazirliyi girov götürülən mülki şəxsi “təxribatçı” kimi qələmə vermək fürsətini əldən buraxmadı. Oktyabrın 5-i gecəsində Saribekyanın Azərbaycan həbsxanasında asıldığı iddia edildi. Erməni tərəfi hesab edir ki, Saribekyan ya öldürülüb, ya da intihar həddinə çatdırılıb. Bu, Azərbaycan tərəfinin Saribekyanın cəsədini bir ay müddətinəcən qaytarmaqdan imtina etməsi ilə təsdiqlənir. Azərbaycan tərəfi Saribekyanın cəsədini noyabrın 4-də Ermənistana təhvil verib.