
Ermənistan 2019-cu ildə demokratiya sahəsində mühüm nailiyyətlərə imza atdı. ATƏT / DTİHB (Demokratik Təsisatlar və İnsan haqları Bürosu) rəhbəri İngeborq Solrun Gisladotir “Amerikanın səsi”-ə bildirib ki,çərşənbə günü Vaşinqtonda Helsinki Komitəsinin dinləmələrində bununla bağlı çıxış edib.“2019-cu ildə Ermənistanda ciddi müsbət irəliləyiş oldu. ATƏT / DTİHB müşahidə missiyası Ermənistan seçkilərini alqışlayıb. Bununla da Ermənistan ciddi irəliləyiş əldə edib. Biz bunu tələb edə bilmərik, amma Ermənistan hakimiyyətinə iki vacib sahədə – Seçki Məcəlləsinin və Məhkəmə sisteminin şəffaf və qərəzsiz olması üçün istərdik ki,müəyyən təkliflər təqdim edək”.Demokratik Təsisatlar və İnsan haqları Bürosunun rəhbəri Konqresin ATƏT ərazisində İnsan haqları müdafiəsi sahəsində məsələləri müzakirə etmək məqsədiylə dinləmələrə dəvət edib.