Başlıcaİctimaiyyət

Çində 400 ER vətəndaşı yaşayır, koronavirus mərkəzi olan Hubedə isə 7 erməni var: Onların evakuasiya məsələsi müzakirə olunur – XİN

Yanvarın 29-da ER Xİ nazirinin müavini Avet Adonts Çinin ER-dakı səfiri Tien Irlunla görüşüb. Görüşdə tərəflər Çində koronoavirusun yayılması ilə bağlı vəziyyəti müzakirə etdilər. Bu barədə ER XİN mətbuat xidmətindən məlumat verilib.

Səfir Tien qeyd edib ki, Çin tərəfi koronavirusun yayılması ilə ortaya çıxan bir sıra problemlər istiqamətində erməni tərəfi ilə sıx əməkdaşlığı davam etdirməyə hazırdır.

Tərəflər həmçinin Çinin Hube vilayətində yaşayan ER vətəndaşlarının üzləşdiyi problemlərə və atılacaq addımlara toxundular.

ER Xİ nazirinin müavini bildirib ki, ER-nin Çindəki səfirliyi Çinin müxtəlif vilayətlərində yaşayan və səfirlikdə qeydiyyata alınmış təxminən 400 ER vətəndaşı ilə daima əlaqə saxlayır. Onlardan 7-si hazırda Hubedədir. ER səfirliyi tərəfindən mümkun olduğu zaman ER vətəndaşlarının suallarına və porblemlərinə reaksiya vermək istiqamətində də addımlar atılır.

ER Xİ nazirinin müavini Avet Adonts həmçinin əlavə edib ki, ER XİN-i və ER-nin Çindəki səfirliyi ÇDR hökuməti və digər tərəfdaş ölkələr və səfirliklərlə ER vətəndaşlarının evakuasiya məsələsi ilə bağlı daima əlaqə saxlayır.

Xatırladaq ki, koronavirusdan 132 nəfərin öldüyü, 5974 nəfərinsə xəstəliyə yoluxduğu deyilir.

Virusun episentri olan Uhan şəhərində vəziyyət artıq nəzarətdən çıxmışdır.

Virus artıq ABŞ, Ukrayina, Avstraliya və digər ölkələrdə yayılmışdır.

Daha çox göstər
Back to top button