BaşlıcaSiyasət

Prezidentlər İlham Əliyevlə Emmanuel Makron telefonla Qarabağ nizamlanmasını müzakirə ediblər

Yanvarın 29-da Fransa prezidenti Emmanuel Makron Azərbaycanın dövlət başçısı İlham Əliyevə telefon edib.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub. İqtisadi sahədə əməkdaşlığın genişləndirildiyi vurğulanıb.

Dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə ediblər. Prezident Əliyev münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini bir daha Fransa rəhbərinin diqqətinə çatdırıb.

Telefon danışığı zamanı həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb. 

Daha çox göstər
Back to top button