BaşlıcaSiyasət

Qarabağ münaqişəsi insan dramıdır: Emanuel Makron

Fransa prezidenti Emanuel makron dünən aşxam Fransadakı Erməni Təşkilatların Kordinasiya Şurasının (CCAF) illik tədbirində iştirak edəb və bəyanatla çıxış edib.

Makron öz çıxışında Dağlıq Qarabağ və onun əhalisinə də toxunaraq qeyd edib ki, Ermənistan böyük böhranın kəsişməsindədir və Fransa onun yanındadır.

“Dağlıq Qarabağın həll olunmamış münaqişəsi Avropada etimad və təhlükəsizlik memarlığın irəliləyişi üçün əngəldir”,-deyə makron qeyd edib.

Fransa prezidenti vurğulayıb ki, gələn həftə (Azərbaycanda) keçiriləcək seçkilərin müsbət təsiri ola bilər və ümid edirik ki, yazda bu məsələdə müəyyən irəliləyiş ola bilər.

“Liderlər arasında əlaqə quruldu və mən burada bir yol görürəm”,-deyə Makron əlavə edib ki, bu, həmçinin insan dramıdır, hansı ki Dağlıq Qarabağ və ətrafındakı rayonlarda yaşayan əhalini qeyri-stabil və blokada şəraitində saxlayır.

Makron Qarabağ və Fransa şəhərləri arasındakı dostluq memorendumlara toxunaraq qeyd edib ki, heç bir problem olmadığını söyləsə, yalan danışacaq, çünki qanuni olaraq bu mümkün deyil.

“Bu memorendumların problemi odur ki, o, Fransanın ərazi birliyini beynəlxalq tanınması olmayan yerli özünüidarəetmə orqanları ilə eyni səviyyəyə qoyur”,-deyə Makron əlavə edib ki, Ermənistan da Dağlıq Qarabağı tanımır.

Ancaq Makronun sözlərinə görə, qanunun tətbiqi, dialoq və humanitar yardımı istisna etmir.

Daha çox göstər
Back to top button