Başlıcaİctimaiyyət

Hüquq müdafiəçisi: AİHM Petrosyan və Xocoyan ailələrinin xeyrinə qərar verə bilər

Biz AİHM-də Azərbaycan əsirliyində olan insanların öldürülməsi və ya ölüm vəziyyətinə çatdırılması əsasında Karen Petrosyan və Mamikon Xocoyanın işləri ilə oxşar qərarlar qəbul edəcəyini gözləyirik. Onlardan biri öldürülmüş, digəri isə işgəncələrdən ölmüşdü. Bunu NEWS.am-ə müsahibədə Ermənistanın ilk ombudsmanı, hüquq müdafiəçisi Larisa Alaverdyan deyib.

Onun sözlərinə görə, bəzən AİHM hakimlərinin qəbul etdiyi qərarların mütləq obyektivliyi şübhə altına düşə bilər, lakin Manvel Saribekyanın işi üzrə Avropa Məhkəməsinin qərarı yüksək qiymətləndirilməlidir. “Yalnız qurbanın ailəsinə mənəvi ziyanı üçün verilən 60.000 avro təzminat təəccüblüdür. AİHM-in insan həyatı üçün kompensasiya miqdarını lazımi dərəcədə qiymətləndirdiyini istərdim”.-deyə o qeyd etdi.

Xatırladaq ki, yanvarın 30-da Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan tərəfindən   girov götürülmüş erməni çoban Manvel Saribekyanın işiylə bağlı qərar verib.

İnsan haqları  Konvesiyasının 2-ci  maddəsi(Yaşama hüququ) və 3-cü maddəsiyl (işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı qadağan edilir) pozuntudur.

Məhkəmə qərara gəldi ki, Azərbaycan iddiaçılara 60 min avro  mənəvi  zərərin ödənilməsiçün və 2200 avronu isə məhkəmə xərcləriçün ödəməlidir.

Qeyd edək ki, Çambarak rayonunun Ttucur kənd sakini Manvel Mamikoni Saribekyan 2010-cu il  sentyabrın 11-də  Şamşadin istiqamətində Azərbaycan silahlı qüvvələri tərəfindən   girov  götürülmüşdür.

Saribekyan mülki şəxs idi, çoban olarkən və  girov götürüldüyü müddətdə Ermənistan Silahlı qüvvələrində xidmət etməmişdir. Buna baxmayaraq, Azərbaycan Müdafiə nazirliyi  girov  götürülən mülki şəxsi “təxribatçı” kimi  qələmə  vermək fürsətini əldən  buraxmadı.

Oktyabrın 5-i  gecəsində  Saribekyanın Azərbaycan həbsxanasında asıldığı iddia edildi. Erməni tərəfi hesab edir ki, Saribekyan ya öldürülüb, ya da intihar  həddinə  çatdırılıb. Bu, Azərbaycan tərəfinin Saribekyanın cəsədini bir ay müddətinəcən  qaytarmaqdan imtina etməsi ilə təsdiqlənir.

Azərbaycan tərəfi Saribekyanın cəsədini noyabrın 4-də  Ermənistana təhvil verib.

Tavuş rayonunun Verin Karmiragyuğ kənd sakini 77 yaşlı Mamikon Xocoyan 2014-cü ildə Azərbaycan həbsxanasında vurulmuş iynə səbəbindən həlak olmuşdu.

2014-cü ilin yayında Tavuş rayonu Çinari kənd sakini 31 yaşlı Karen Petrosyan Ermənistan-Azərbaycan sərhədini keçib və Azərbaycanda əsirliyə düşüb. Sonra isə, Petrosyanın ölümü barədə məlumatlandırılmışdı.

Daha çox göstər
Back to top button