BaşlıcaSiyasət

Paşinyan və Mişustinin ilk görüşü birgə selfi ilə başladı

Almatıda  ER Baş naziri Nikol Paşinyan ilə EF Baş naziri Mixayil Mişustinin  görüşü başladı. Rusiya baş naziri vəzifəsinə Mişustinin təyin olunmasından sonra bu ilk görüşü idi. Bir-birlərini salamladıqdan sonra iki ölkənin baş nazirləri ortaq selfi etdilər.

ER Baş naziri Nikol Paşinyan Mişustini Rusiya hökumətinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. “Bizim ölkələrimiz arasında əlaqələr planlaşdırıldığı kimi çox yax.ə inkişaf edir. 2019-cu ildə ticarət dövriyyəsi iki milyarda yaxınlaşır. Bu da çox yaxşı göstəricidir. 2020-ci ildə bu dinamika saxlanılacaq”- deyə ER baş naziri qeyd etdi

O ümid bildirdi ki, yaxın gələcəkdə Yerevanda görüşəcəklər, çünki  bu il Avrasiya Hökumətlərarası Şurasının iclaslarından biri Ermənistanın paytaxtında keçiriləcək.

Rf Baş naziri Mixayil Mişustin Ermənistan və Rusiyanın çox yaxın və müttəfiq olduğunu qeyd etdi. “Rusiya Ermənistanın  əsas ticarət tərəfdaşıdır.  Rusiyanın yeni hökuməti  konstruktiv tərəfdaşlığa sadiqdir”- deyə o, vurğuladı.

İki ölkələrin baş nazirləri Qazaxıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edir.

Daha çox göstər
Back to top button