BaşlıcaSiyasət

Pentaqon: Ermənistan-Amerika hərbi əməkdaşlığı aktiv şəkildə inkişaf edir

Ermənistan-Amerika hərbi əməkdaşlığı aktiv şəkildə inkişaf edir. Bunu ER-nın Vaşinqtondakı səfirliyində Ermənistan Ordusuna həsr edilmiş tədbirdə ABŞ Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Lora Kuper öz çıxışında bildirib.

“Silahlı Qüvvələrimiz arasında aktiv şəkildə inkişaf edən əməkdaşlıq reak həyəcan yaradır. Hərbi təhsil üçün Ermənistanlı tələbələri qəbul etmək bizim üçün şərəfdir. Bu il də Ermənistan Milli Müdafiə Tədqiqatları Universiteti ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq”,-deyə Lora Kuper qeyd etdi.

Kuperin sözlərinə görə, müdafiə sahəsində ikitərəfli əməkdaşlığın əsasında Ermənistan və Kanzas ştatı arasında genişləyən tərəfdaşlığıdır. “Kanzasla həyata keçirilən layihə Ermənistan və NATO  imkanlarını artırmağa və Ermənistanda müdafiə sahəsinin islahatlarını asanlaşdırmağa imkan verir”.

Ermənistan-Amerika hərbi əməkdaşlığı barədə Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersisyan da danışdı və qeyd etdi ki, əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli formatlardadır.

“Ermənistanla ABŞ arasında keçən il aparılmış strateji dialoq ümumi danışıqlar, o cümlədən hərbi-siyasi sahəsində əməkdaşlıq sferası üçün bir platformadır”,-deyə varujan Nersisyan vurğuladı.

Daha çox göstər
Back to top button