BaşlıcaSiyasət

Qonşumuzu AŞPA-da “asfalta uzatdıq”: Naira Zohrabyan

ER parlamentinin İnsan hüquqlarının müdafiəsi üzrə daimi komissiyasının sədri Naira Zohrabyan öz Facebook səhifəsində Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabata toxunub.

“Strasburqda Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatı müzakirə etdik və bizim qonşumuzu AŞPA-da asfalta uzatdıq.

Azərbaycanlı Səməd ahü-naləli bir şou təşkil etdi, guya erməni deputatlar hansı haqdan danışırlar və Avropa Şurası kimdir ki, Azərbaycanı qınasın?. Ancaq şou uğursuzluğa uğradı. Azərbaycanı asfalta uzadıblar, divarlara çırptılar  və kürüdən başlayaraq Azərbaycanın korrupsiya çamaşırxanasınadək xatırlatdılar, sonda isə siyasi məhbuslarla bağlı qətnaməni səslərin əksəriyyəti ilə qəbul etdilər.

Son illər ərzində ilk dəfə olaraq Azərbaycan siyasi məhbuslar barədə hesabatının qarşısını ala bilmədi. Azərbaycan kürüsü artıq Avropa Şurasında bir amil deyildir və bu faktdır”.

Daha çox göstər
Back to top button