ATƏT-in Minsk Qrupu həmsədrləri münaqişənin sülh yolu ilə həllində tərəflərə yardım göstərməyə və nizamlama prosesində məxfilik prinsipinə tam sadiq olduqlarını bir daha təsdiqləyiblər. Bu haqda Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan Respublikası Xarici işlər nazirliyinin rəsmi saytı tərəfindən yayımlanan birgə bəyanatında bildirilir. Yanvarın 29 və 30-da ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Andrey Sofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşikin vasitəçiliyi və iştirakıyla Zohrab Mnatsakanyan və Elmar Məmmədyarovun görüşü keçirilib. Bu haqda Xİ nazirliyinin mətbuat xidməti məlumatlandırır.Bundan əvvəl ER Xarici işlər nazirinin ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi təmsilçisi Ancey Kasprşik ilə görüşü olub.Üç gün davam edən intensiv müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı geniş məsələlərə toxunulub. 2019-cu ildə əldə edilmiş şərtləşmə və təkliflərin icrası, gələcək sülhün əsasını qoyduğu prinsiplər və elementlər, xalqları sülhə hazırlamaq üçün mümkün addımlar həmçinin, nizamlanma prosesinin təşviq edilmək qrafiki və gündəliyi də olmaqla müzakirə edilmişdir.Nazir Mnatsakanyan, Artsax xalqının seçilmiş nümayəndələrinin sülh prosesinə cəlb edilməsinin zəruriliyini vurğuladı.Xİ nazirləri yaxın gələcəkdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi ilə yenidən görüşməyə razılıq verdilər”-deyərək bəyanatda qeyd olunub.
Əlaqədar məqalələr
Biz yaxın gələcəkdə Ermənistan-Gürcüstan sərhədinin delimitasiyası prosesi çərçivəsində də əməli irəliləyiş təmin edəcəyik: Paşinyan
16.09.2024, 18:46
ER Baş naziri Fransanın Avropa və Xİ nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16.09.2024, 18:09
Həmçinin yoxlayın
Close