İctimaiyyət

Azərbaycanda Həqiqət Sosialist Hərəkatın üzvünün saxlandığı bildirilir

Həqiqət Sosialist Hərəkatın üzvü Ənvər Cəlilovu dünən, yanvarın 30-da polisin saxladığı bildirilir. Onun divara poster (rəsmli divar elanı) yapışdırarkən saxlandığı söylənir.

Ermənistanın İctimai Radioasu “AzadlıqRadiosu”na istinadən xəbər verir ki, bu barədə hərəkatın üzvləri məlumat veriblər.

Məlumata görə, Ənvər Cəlilov saxlanaraq Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə aparılıb və bir sutkadan çoxdur ki, oradadır.

Hərəkat üzvlərinin deməsinə görə, həmin plakatda fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərə boykot ifadə edilib:

“Hərəkatımız seçkiləri boykot edir. Bizim bəyanatmıza görə hakimiyyət, onun məclisi və seçkiləri legitim deyil. Biz “Azad Müəssislər Məclisi!” şüarı ilə çıxış edirik. Bununla bağlı insanlarla görüşlər keçirir, flayerlər paylayır, posterlər yapışdırırdıq. Bakıda və Sumqayıtda çalışırıq. Posterlər yapışdırarkən mülki geyimli şəxslər yaxınlaşıb, o bölgədə çalışan yoldaşları tutmağa çalışıb. Polislərdən biri isə birbaşa heç nə demədən onun qollarını burmaq istəyib, yaranan qarışıqlıqdan 3 nəfər hərəsi başqa istiqamətə qaçıb. Ondan sonra Ənvərdən xəbər ala bilmədik”.

Daha çox göstər
Back to top button