Çin vətəndaşları üçün Ermənistana giriş vizası rejimi müvəqqəti olaraq dayandırılıb
Çin Xalq Respublikasının vətəndaşları üçün Ermənistan Respublikasına azad,vizasız rejim koronavirusla əlaqədar yaranan vəziyyətə görə fevralın 1-dən martın 31-dək dayandırılır. Bu barədə ER Baş nazirinin müavini Tiqran Avinyan “Facebook” səhifəsində yazıb.“Hörmətli həmvətənlər, koronavirus epidemiyası vəziyyətini nəzərə alınmaqla, 2020-ci il fevralın 1-dən etibarən martın 31-dək Çin Xalq Respublikası vətəndaşlarının vizasız giriş rejimi dayandırılacaqdır”- deyərək Avinyan yazıb.Tiqran Avinyan, Ermənistan Respublikası Baş nazirinin qərarı ilə yaradılan idarələrarası komitənin sədridir. Komissiya koronavirusun yaratdığı vəziyyəti müzakirə etmək üçün ilk iclasını çağırdı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanvarın 30-da Çində koronavirusun yayılmasını beynəlxalq fövqalədə vəziyyət elan etdi.