BaşlıcaEkonomika

Koronavirus Azərbaycan iqtisadiyyatına da təsir göstərməyə başlayıb

“Koronavirus qlobal iqtisadiyyatda mənfi təmayüllər yaradır”.

Meydan TV-nin xəbərinə görə, Demoktratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir. O bildirir ki, dünya bazarlarında baş verənlər Azərbaycan iqtisadiyyatına da təsir göstərməyə başlayıb.

“Ümumdünya Səhiyyə Təşkilatının koronavirusu qlobal təhlükə elan etdi. Bu qərar xüsusilə, Çin iqtisadiyyatına, eləcə də ticarəti Çinə bağlı olan ölkələrin iqtisadiyyatına və beynəlxalq bazarlara mənfi təsirlərini gücləndirəcək”, – iqtisadçı bildirir.

Qubad İbadoğlu deyir ki, artıq dünya bazarlarında xam neftin qiyməti, fond birjalarında səhmlərin dəyəri uculaşmağa başlayıb.

“Bu, o deməkdir ki, bazarda qiymətlər son aylardakı ən minumum həddə enib. Bu tendeniya davam edəcək. Belə ki, ABŞ Energetika Nazirliyinin açıqlamalarına görə, xam neftin qiymət bir barel üçün 46 dollara qədər də enə bilər. Bununla yanaşı digər əmtəə bazarlarında da ucuzlaşma müşahidə olunub. Misin və dəmir filizinin qiymətləri də son 3 ayın ən aşağı səviyyəinə enib. Hətta son illər ən təhlükəsiz investisiya hesab olunan qızılın qiyməti də ucuzlaşıb”.

Qubad İbadoğlu deyir ki, sektorial səviyyədə koronavirusun fəsadları daha çox turizm və səyahət sektoru ilə bağlı sahələrdə, o sıradan uçuşlara, gəzintilərə və mehmanxana, restoran xidmətlərində də özünü göstərib.

İqtisadçı əlavə edib ki, bütün bunların təsiri ilə dünya bazarında neftin və qazın qiymətinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına da mənfi təsirlərini göstərəcək.

Daha çox göstər
Back to top button