Başlıcaİctimaiyyət
“Müsəlman Birliyi” Hərəkatı öz üzvlərinə təzyiqlərin olduğunu bildirib
Son günlər “Müsəlman Birliyi” Hərəkatının 6 fəalı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.
Hərəkat həmin fəalların adlarını açıqlamır, lakin bunu onlara təzyiq kimi qiymətləndirir.
“Hüquq-mühafizə orqanları bizim qanuni fəaliyyətimizə mane olur. Biz beynəlxalq təşkilatları və diplomatik korpusu bu barədə məlumatlandıracağıq”, – sənəddə deyilir.