Başlıcaİctimaiyyət
Müsavat Partiyası ilə əlaqədar səhifələrə haker hücumu olub
Dünən Müsavat Partiyası, Müsavat Partiyası gənclər təşkilatı və “Basta” nəşrinin Facebook səhifələrinə haker hücumu olub. Bu barədə Turan-a “Basta” saytının redaktoru və Müsavat Partiyasının mətbuat katibi Mustafa Hacıbəyli bildirib.
Onun sözlərinə görə, bütün nəşrlər və abunəçilərin bir hissəsi “Basta” səhifəsindən çıxarılıb.108 min abunəçidən 77 min qalıb.
Materiallar Müsavat Partiyasının, Müsavat Partiyası gənclər təşkilatının profillərindən də çıxarılıb.
M.Hacıbəyli hücumu seçkilərlə və həmin resurslarda kütləvi qanun pozuntularının geniş işıqlandırılması ilə əlaqələndirib.