Başlıcaİctimaiyyət
Əli Həsanovun əsas media orqanı bağlandı

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənova məxsus informasiya agentliyi – “Azadinform” fəaliyyətini dayandırıb.
“BakuPost” xəbər verir ki, agentliyin ləğvi kollektivə elan edilib və bütün əməkdaşlarla müqavilələrə xitam verilib. Saytda (“azadinform.az”) heç bir yenilənmə yoxdur.
1999-cu ildən fəaliyyət göstərən “Azadinform” İnformasiya Agentliyi Əli Həsənovun əsas media orqanlarından biri idi. O, vəzifəsindən azad edildikdən sonra nəzarətindəki saytlar fəaliyyətini dayandırmağa başlayıb.