Son məlumatlara əsasən, Talışıstanda narkomaniya və vəhhabilik sürətlə yayılır və bu, Talışıstan paytaxtı Lənkondakı (Lənkəran) çayxana və kafelərdə vəhhabilik təşviqatı ilə məşğul olan emissarların əlləri ilə edilir. Bu barədə Talış bloqer və publisist Zabil Məhərrəmov (Madoj) Youtube kanalında paylaşdığı videoda bildirir.
Məhərrəmovun sözlərinə görə, psixotrop maddələri Lənkəranın hər yerində azad surətdə, hətta polis bölməsinin önündən almaq olar və polis bu şərlə mübarizə aparmaq əvəzinə buna göz yumur. Bütün bu Talışıstan ərazisində yuxarıdan tərtib edilmiş xüsusi bir plana uyğun olaraq edilir.
Zabil Məhərrəmov Azərbaycan hakimiyyətinə və müxalifətinə müraciət edərək qeyd edib: “Siz Azərbaycanda insanları ikinci Suriyanın olması ilə qorxudursunuz, amma biz Azərbaycan dövlətinə həmişə xəbərdar eləmişik ki, ikinci Suriya olmamış, ikinci Ukrayna olacaqdır”.