Azərbaycanda koronavirusdan orta hesabla 12 insan ölüb: niyə hakimiyyət ölümcül təhlükəyə məhəl qoymur? (səs yazısı)

Azərbaycanda ölümcül koronavirusdan ölüm hadisələri qeydə alınıb.
Hal-hazırda respublika rəhbərliyindən rəsmi təsdiq verilmir, lakin “İnfoteka 24” redaksiyasına virusun Azərbaycanda olduğunu təsdiqləyən səs yazısı göndərilib.
Aşağıda səs yazısının tərkibini təqdim edirik:
“Salam dəyərli dostlar, dəyərli yoldaşlar! Mənim adım Elvin Abullazadedir… Özüm Musavat partiyasındanam. Bu gün xoşəgəlməz bir hadisə olub. Anamın dayısı qızı koronavirusdan dünyasını dəyişdi. Azərbaycanda kornavirus yayılıb, sadəcə onu Səhiyyə nazirliyi gizlədir. Mənim anam dayısı qızını ziyarət eləməyə getdi, haki dedi ki, indiyə qədər azərbaycanda koronavirusdan on iki adam ölübdür. Mən belə düşünürəm ki, bunun səbəbi Çindən gələn mallardır. Çindən külli miqdarda Azərbaycana mal gəlir, çünki Azərbaycanda əhali kasıb olduğu üçün Çin mallarına əhtiyac duyur. Çin malları almayın, Çin malları geyinməyin, əlahi çox olan yerə getməyin. Normal maskalar taxın…. Bu səsi hər yerə yayın.
Azərbaycan Səhiyyə nazirliyi başda Oqtay Şirəliyeva olmaqla bunu gizlədir. Hər yerə yayın, hər yerdə xəbəri olsun. Daha günahsız insanlar ölməsin. Bütün Azərbaycanda xəbəri olsun. Səhiyyə nazirliyinin qoyduğu senzura bitsin!”.
3 fevral olan məlumata görə, Çində yeni tip koronavirus virusuna yoluxanların sayı 17,2 mini keçib, ölənlərin sayı 361 nəfərdir. Virus bütün dünyada sürətlə yayılır. Bəzi ölkələr Çin ilə hava və nəqliyyat əlaqələrini ləğv etdi.