BaşlıcaSiyasət

Azərbaycanda növbədənkənar parlament seçkilərində 313 nəfər namizədliyini geri götürüb

Azərbaycanda bu il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində bəzi namizədlərin iddialarından çəkilməsi halları davam edir.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, indiyə qədər qeydə alınmış 1637 deputatlığa namizəddən 313 nəfəri namizədliyini geri götürüb. Bu barədə Amerikaninsesi məlumat yayıb.

Hazırda deputatlığa namizədlərin sayı 1324 nəfərdir.

Namizədliyini geri götürən insanların əksəriyyəti də bu barədə cəmiyyətə geniş bilgi verməyiblər. Sadəcə onlardan bir çoxu məsələhətləşmələrdən sonra belə addım atdıqlarını, bəziləri də başqa rəqiblərinin xeyrinə gerə çəkildiyini qeyd ediblər.

Ötən il dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Ondan 3 gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi.

YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Daha çox göstər
Back to top button