Başlıcaİctimaiyyət

Ermənistan koronavirus laborator müayinələrini alıb

Ermənistan koronavirus laborator müayinələrini alıb. Bu barədə ER Səhiyyə naziri Arsen Torosyan “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Az öncə biz koronavirus üçün laboratoriya müayinələri  aldıq.Onlar xəstəliyin qarşısının alınması və müalicəsi üçün  olduqca vacibdir. Bu günə qədər xəstəliyə xas olan simptomları olan bir xəstəmiz olmayıb.amma bundan sonra şübhəli hallarda laborator müayinə keçirə biləcəyik. Digər bütün epidemiya əleyhinə tədbirlər lazımi qaydada həyata  keçirilməkdədir”-Arsen Torosyan qeyd edib.Koronavirusun yeni növünə yoluxanların sayı dünyada 14000-i keçib. 300-dən çox insan   dünysını dəyişib.İlk ölüm halı Çinin  xaricində Filippində qeydə alınıb. Mərhum infeksiyanın episentri  sayılan çinli Vuhandandır.Ermənistana gətirilən  testlər  200-dür RF tərəfindən  verilib.

Daha çox göstər
Back to top button