BaşlıcaEkonomika

Koronavirusun qlobal təsirləri Dövlət Neft Fondunu vurdu: “Azərilayt” 55 dollara düşdü

Korona virusu dünya iqtisadiyyatını çox pis dövrdə yaxalayıb. Adətən işgüzar fəallığın aşağı düşdüyü ilin əvvəlində üstəlik virusun da yaratdığı qlobal təhlükələr artıq beynəlxalq maliyyə və əmtəə bazarlarından exo verir. Belə ki, fond birjalarında səhmlər dəyərsizləşir, əmtəə bazarlarında xammal (neft-qaz, mis, dəmir filizi, qızıl, gümüş və s.) ucuzlaşır. Bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib.

İqtisadçının deməsinə görə, koronavirus dünya iqtisadiyyatını çox pis dövrdə yaxalayıb. Onun fikrincə, adətən işgüzar fəallığın aşağı düşdüyü ilin əvvəlində üstəlik virusun da yaratdığı qlobal təhlükələr artıq beynəlxalq maliyyə və əmtəə bazarlarından əks-səda verir: “Belə ki, Fond birjalarında səhmlər dəyərsizləşir, əmtəə bazarlarında xammal (neft-qaz, mis, dəmir filizi, qızıl, gümüş və s.) ucuzlaşır. Nüfuzlu Goldman Sachs İnvestisiya Bankının hesablamalarına görə, koronavirus Çin iqtisadiyyatlnda artımı ən azı 0,4 faiz aşağı salacaq və onun başlıca təsirləri həmçinin ABŞ və Yaponiya iqtisadiyyatına olacaq”.

Q.İbadoğluna görə, bu virusun təsirindən bu ilin ilk rübündə Çində neftə olan gündəlik tələbat orta hesabla 250 min barreldən çox azalacaq və bu azalmanın trendə keçməsi və getdikcə böyüməsi dünya bazarında neftin qiymətlərini də ucuzlaşdırır.

“Artıq ucuzlaşma prosesi başlayıb. Azərbaycan neftinin satış qiyməti ötən cümə 2020-ci ilin büdcəsi hesablanarkən götürülmüş baza qiymətinə – hər barrel üçün 55 dollara – qədər aşağı düşüb və bu arada qaz qiymətləri daha sürətlə ucuzlaşır. Son 1 ildə 31 faiz dəyər itirən qazın qiymətində eniş davam edəcək.

Bunun xüsusilə də Azərbaycanda qaz hasilatında artım dövrünə təsadüf etməsi ölkənin gəlirlərini azaldacaq”.

Q.İbadoğlu hesab edir ki, Çin və Azərbaycan arasında investisiya, ticarət və səyahət əlaqələri də bu virusdan dolayı mənfi yöndə təsirlənəcək, çıxış yolu koronavurusa əlacın nə vaxt tapılacağından asıldır, tez tapılsa sabitləşmə tez,  gec taplsa gec baş verəcək.

Daha çox göstər
Back to top button