Ekonomika

“Problemli kreditlərin 60%-i korrupsiya ilə verilən kreditlərdir”: Ə. Həsənov

“Müsavat.com”da “Problemli kreditlərin 60%-i korrupsiya ilə verilən kreditlərdir” sərlövhəli məqalədə məlum problemin vəziyyəti gündəmə gətirilib.

Müəllifin sözlərinə görə, Mərkəzi Bankın (MB) vaxtı keçmiş kreditlərlə bağlı hesabatı bu müzakirəyə səbəb olub. Hesabata görə, 2020-ci il yanvarın 1-nə ölkədə vaxtı keçmiş kreditlərin həcmi 1. 273,1 mln. manat olub, bu isə son bir ayda 137,3 mln. manat və ya 9,7%, illik müqayisədə isə 311,9 mln. manat və ya 19,7% azalma deməkdir.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov isə deyir ki, bu azalmanın səbəbi 2019-cu il fevralın sonunda dövlət başçısının 10 min dollar həcmində olan vaxtı keçmiş kreditlərin dövlət büdcəsindən ödənməsilə bağlı fərmanıdır.

Ə.Həsənova görə, azalma həddi cəmiyyəti və dövləti qane etmir, həm də bu azalmada bank sisteminin iştirakı olmayıb.

“Şübhəli kreditlər qalmaqda davam edir. Şübhəli kreditlər bank sahiblərinin faktiki özlərinə verdikləri və ya korrupsiya, “şapka” ilə verilən kreditlərdir. Problemli kreditlərin mütləq əksəriyyəti, ən azı 60%-i belə kreditlərdir”-Ə.Həsənov deyir.

Ə.Həsənov deyir ki, şübhəli kreditlərin azı 90%-i MB-ın banklara nəzarət səlahiyyəti olduğu dövrü əhatə edir və buna görə məsuliyyət daşıyır, çıxış yolu isə MB-ın və hüquq- mühafizə orqanlarının səylərini birləşdirməsindədir.

Daha çox göstər
Back to top button