Başlıcaİctimaiyyət

ER-da koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən 6 nəfərdə xəstəlik aşkar edilməyib

Ermənistanda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən 6 nəfərdə nə koronavirus, nə də qrip aşkar edilməyib. Analizlərinin cavabı mənfidir. Bu barədə ER Səhiyyə Nazirliyi məlumat yayıb.

“Daha əvvəl bildirdiyimiz kimi, yeni koronavirus testləri artıq Ermənistandadır. Hazırda xəstəxanaya yerləşdirilmiş 6 nəfər laborator tədqiqatlarından keçiblər.

Nəticədə nə qrip, nə də koronavirus aşkar edilməyib.

Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi bir daha çaxnaşmamağa və həkimlərin tövsiyələrinə əməl etməyə çağırır”,-məlumatda deyilir.

Daha çox göstər
Back to top button