İctimaiyyət

Gürcüstanda azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirildi

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Sartiçala kəndinin mərkəzində etiraz aksiyası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar illərdir kəndin içməli su ilə təmin olunmamasına etirazlarını bildiriblər.

Kənd sakinləri deyiblər ki, onlar texniki sudan içməli su kimi istifadə etmək məcburiyyətində qalıblar. Onlar kənddə iki həftədir suyun olmadığını deyiblər.

Sakinlərin sözlərinə görə, içməli su problemi həll edilməsə, aksiyaları davamlı olaraq keçirəcəklər. 

Daha çox göstər
Back to top button