Başlıcaİctimaiyyət

Türkiyədə azərbaycanlı kriminal avtoriteti öldürmək istəyən 17 nəfər saxlanıldı

Azərbaycanlı kriminal avtoritet “Lotu Quli”yə (Nadir Səlifov) sui-qəsdə hazırlaşan dəstə İstanbulda saxlanılıb. Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyinin yanvarın 31-də həyata keçirdiyi əməliyyat çərçivəsində 17 nəfər saxlanılıb. 17 nəfərlik dəstənin 1 üzvü rus, 5 üzvü gürcü, 2 üzvü ukraynalı, 9 üzvü isə  azərbaycanlı olub.

Şübhəhilərin yaxalandığı yerlərdə aparılan axtarışlar nəticəsində 11 tapança, 1 AK 47 tipli lüləli silah, 222 ədəd mərmi götürülüb. Saxlanılanlar İstanbul Polis İdarəsinə aparılıb. Dəsətni  35 yaşlı “qanuni oğru” Quram Çixladze (“Kvejeoeviç”) rəhbərlik edib.

Xatırladaq ki, “Lotu Quli”nin (Nadir Səlifov) bacısı oğlu Maqa Rustavski (Məhəmməd Qurbanov) 2019-cu il dekabrın 24-də dostları ilə birlikdə olarkən restorana Qulinin düşmənlərindən olan “Kvejoviç” ləqəbli “qanuni oğru” (Quram Çixladze) daxil olub. Maqanı görən “Kvejoviç” və ətrafındakılar dərhal ona hücum ediblər. Nəticədə Maqa Rustavski bir neçə bıçaq zərbəsi alıb.

Daha çox göstər
Back to top button