Yol treyl, məhsul və jingəlli çörək festivalı: Artsax turizm imkanlarını genişləndirir

Artsax getdikcə dünyanın turizm xəritəsində yer almağa başlayır. Artsaxı ziyarət edənlər mədəni turizmi sevənlərdir. Bunu “Artsakhpress”-ə müsahibədə Artsax Respublikası Mədəniyyət, Gənclər və Turizm işləri Nazirliyinin turizm və tarixi mühitin qorunması şöbəsinin müdiri Artak Qrigoryan 2019-cu il göstəricilərini və gələcək planlarını təhlil edərkən bildirib.
Qrigoryanın sözlərinə görə, 2019-cu ildə Artsaxda turizm müsbət göstəricilər qeyd edib.
“Son 10 ildə orta hesabla turist sayının 20 % artımı qeyd olunub. Keçən il Artsaxda iki böyük tədbir keçirildi – “KONİFA” Avropa Futbol Çempionatı və Pan-Erməni Oyunları. Bunlar sahənin inkişafına müsbət töhfə verdilər.

Turizim inkişafına təşviq edən əsas istiqamətlər Ermənistan Respublikası, Rusiya Federasiyası, ABŞ və Avropanın bir sıra ölkələridir. Məqsədimiz digər regionlara, məsələn Çin və Şərqi Asiyaya çatmaqdır”,-deyə Artak Qrigoryan qeyd etdi.
Onun sözlərinə görə, turizm inkişafının göstəriciləri nə qədər də yüksək olsa, Artsax hələ dünyanın turizm xəritəsində yer almalıdır.
“İllər boyunca Artsaxı münaqişə ilə əlaqələndirən müxtəlif ölkələrdə haqqımızda turizm baxımından o qədər də müsbət imij formallaşmadı. Regionuma gəldikdən sonra informasiya mənbələri turistlərə daha etibarlı və obyektiv məlumatlar verir və nəticədə turistlər ölkəmiz, mədəniyyətimiz, insanlarımız və təbiətimizlə tanış olmaq istəyirlər. Məhz bu səbəbdən də turizm şüarımız dəyişməzdir – “Artsax: Sirli Xəzinə””
Turizmin inkişafı istiqamətində gələcək planlarına gəlincə isə, Qrigoryan deyib ki, “Yol treyl” sisteminin, macəralı turizmin, fərdi turların, binciliyin inkişafı üçün aktiv işlər görülür.

“İllik tədbirlərimizdə həm kəmiyyət, həm də keyfiyyət baxımından müsbət dəyişikliklərinin olması sevindirici haldır. İllik formatda və əvvəllərdə keçirilən tədbirlərdən bi neçəsi də “Artsax şərab festivalı”, “Artsax hava festivalı”, Stepanakertdə qeyd edilən “Məhsul bayramı”, Katerk kəndində keçirilən “Jingəlli çörək festivalıdır” və s. Qeyd edilən bütün tədbirlərcari ildə də təşkil ediləcəkdir”,-deyə Qrigoryan vurğuladı.