İctimaiyyət

Azərbaycanda LGBT icmasının hüquqları pozulur

Fevralın 4-də Beynəlxalq Lesbian, Gey, Biseksual, Trans və İntersex Assiosiasiyası (ILGA-Europe) LGBTI hüquqlarına dair illik hesabat açıqlayıb. Bu hesabat 54 ölkədə ötən ilki vəziyyəti əks etdirir. Sənəd Avropa və Orta Asiyanı əhatələyir.

Ermənistanın İctimai Radiosu “Azadlıq.org”-a istinadən xəbər verir ki, hesabatın Azərbaycana aid hissəsində də bəzi məqamlara toxunulur, il ərzində bu sahədə diqqət çəkmiş hadisələr sadalanır. Fevralda Avropa İnsan Hüquqları Məhkəməsi “A Azərbaycana qarşı” işi, eləcə də hökumətlə bağlı 24 ərizə üzrə kommunikasiyaya başlayıb. Məhkəmə 2017-ci ildə aparılmış reydləri pisləyib. O zaman 80 LGBT üzvünün saxlandığı, işgəncə, pis rəftarla üzləşdiyi bildirilirdi.

Hesabatda ötən il aprelin 1-də Bakıda polisin azı 8 gey və trans seks işçisini saxladığı, bunun LGBT təmsilçilərinə qarşı yeni həbs dalğasının başlanğıcı olduğu qeyd edilir. Bir neçə gün sonra azı 7 nəfər saxlanıb. Çoxları məcburi yoxlamadan keçirilib, bəziləri kiçik xuliqanlığa görə cərimələnib, 10-30 günlük administrativ həbslə cəzalandırılanlar olub.

Daha sonra hesabatda il ərzində LGBT icmasının üzləşdiyi iddia olunan digər qısnama, hücum halları sadalanır.

Azərbaycanda homoseksuallıq 2000-ci ildə qanuniləşdirilib. Ancaq ILGA beynəlxalq insan haqları qrupu 2016-cı ildə bildirib ki, bu ölkədə geylərin hüquqları Avropada ən pis qorunanlar sırasındadır.

Daha çox göstər
Back to top button