İctimaiyyət

Azərbaycanda fəal mahnılarına görə saxlanılıb?

“Müsəlman Birliyi” Hərəkatının üzvü Elvin Muradov saxlanılıb. O, fevralın 5-də Moskvadan qayıdarkən Bakı aeroportunda saxlanılıb. Bu barədə Azərbaycan KİV-ləri məlumat yayıb.

Muradovun saxlanmasının səbəbləri barədə heç nə məlum deyil, lakin ehtimal olunur ki,  Muradov MBH-nin həbs edilmiş lideri Taleh Bağırzadənin müdafiəsinə həsr olunmuş mahnıların ifasına görə saxlanılıb.

Qeyd edək ki, Taleh Bağırzafə  Bakının yaxınlığındakı Nardaran kəndində dini fəallara qarşı polisin sərt basqısından sonra məhkum edilmişdi.

Daha çox göstər
Back to top button