BaşlıcaEkonomika

Ermənistanın xarici borcu artıb

Ermənistanın xarici borcu 2019-cu il dekabrın 31- i müddətində 5 milyard 789.729 milyon dollar təşkil etmişdir. Statistika Komitəsi tərəfindən açıqlanan xarici borc rəqəmləri, son aylarda artdığını göstərir. Ötən ilin oktyabr ayında xarici borc 5 milyard 573.289 milyon dollar, noyabr ayında 5 milyard 626.252 milyon dollar, dekabrın sonunda isə 5 milyard  789.729 milyon dollar  təşkil edib.Dekabr ayında noyabr ilə müqayisədə qiymət 163.477 milyon dollarla  artmışdır.Ermənistanın xarici borcunun 5 milyard 300.412 milyon dolları hökumət borcu, qalan hissəsisə  Mərkəzi Bankın borcudur.Dekabrın sonunda Ermənistanın dramla olan  dövlət borcu 3 trilyon 513 milyard 403.1 milyon dram, bunun da 2 trilyon 777 milyard 332.9 milyon dram xarici borc olub.

Daha çox göstər
Back to top button