BaşlıcaSiyasət

Kürü diplomatiyası: Luka Volontenin vəkillərini Azərbaycan maliyyələşdirir – Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri

AŞPA-nın keçmiş italiyalı deputatı, Azərbaycan kürü diplomatiyasında yeri olan və hazırda mühakimə olunan Luka Volonteni indiyədək Bakıdan dəstək alır.

Bu fikri “Amerikanın Səsi”nin Azərbaycan xidmətinə Azərbaycanın Avropa Şurasındakı nümayəndəliyinin keçmiş rəhbəri, hazırda Avropada siyasi mühacirətdə olan səfir Arif Məmmədov bildirib.

“Xüsusilə, bu, korrupsiya qalmaqalı, bu, kürü diplomatiyası adlı qalmaqal Avropa Şurasının imicinə çox ciddi zərər vurdu və hələ də mən deyə bilmərəm ki, bu məsələ birmənalı olaraq həll olunub. Biz görürük ki, bir çox məsələlərdə hələlik ciddi dəyişikliklər yoxdur. Bəlkə bir sıra korrupsionerlər nümayəndə heyətlərindən uzaqlaşdırılmışdır”- deyə Arif Məmmədov deyib.

AŞPA-dakı korrupsiya hadisələrini araşdırmaq üçün yaradılan müstəqil istintaq qrupu Məmmədovdan ifadə aldı. Onun sözlərinə görə, AŞPA-da hər bir nümayəndə heyətində iqtidar da, müxalifət də olmalıdır. Azərbaycan nümayəndə heyətində bir nəfər də olsun müxalifətdən yoxdur. 

Məmmədov həmçinin qeyd etdi ki, AŞPA-da korrupsiyanın qarşısını almaq üçün mövcud mexanizmlərin yetərli deyildir. AŞPA-da hələ ki, korrupsiyada əli olan insanlar fəaliyyət göstərirlər.

Kürü qalmaqalında ən məşhur şəxlərindən biri italiyalı deputat Luka Volontedir. İstintaq orqanları onun Azərbaycan hökumətindən pul aldığını  sübut etdi.

“Mən İtaliya məhkəməsinə getmişdim. Onu müdafiə edən vəkillər belə Azərbaycan tərəfindən bu günə kimi də maliyyələşdirilir. Zalda İtaliya polisi mənə dedi ki, İtaliyanın ən güclü vəkilləri Luka Volonteni müdafiə edir. Biz də bilirik ki, bunu Azərbaycan hakimiyyəti maliyyələşdirir”. 

Arif Məmmədov deyib ki, Luka Volonte istədiyi ölkəyə gedə bilir. Heç bir məhdudiyyət yoxdur. Həbs edilməyib. Yalnız 3-5 ayda bir dəfə məhkəməyə çağırırlar.

Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri  həmçinin vurğulayıb ki, Avropa dəyərlərindən çox uzaqlaşıb. Bu həqiqətdir.

Daha çox göstər
Back to top button