BaşlıcaSiyasət

Arxiyepiskop Pargev Martirosyan Azərbaycandan didərgin salınmış ermənilərin problemlərinə toxunub(video)

“1990-cı ildə Bakıda ermənilərin soyqrımı Türkiyədə başlanmış soyqırım siyasətinin davamıdır”.

Bu barədə jurnalistlərə müsahibəsində Artsax yeparxiyasının rəhbəri, arxiyepiskop Pargev Martirosyan bildirib.

“Bu günə qədər bu qırğınlara siyasi və hüquqi qiymətlər verilməyib, bunun səbəbindən də Azərbaycan hakimiyyətləri yeni cinayətlər törədib və ksenofobiya siyasətini təbliğ ediblər”,- deyə o qeyd edib. Pargev Martirosyan həmçinin qeyd edib ki, qırğınlar səbəbindən Azərbaycanda yaşayan ermənilər didərgin salınıb.

Arxiyepiskop  dünya ictimaiyyətinə Azərbaycan ermənilərinin problemlərini nəzərə almağa, gələcəkdə soyqırımların qarşını almaq üçün siyasi qiymət verməyə çağırıb.

 “Arsaxın azərbaycanlı icması haqqında danışanda niyə öz tarixi vətənində yaşayan Azərbaycan erməni icması məsələsini qaldırılmır?”- deyə o surub.

1988-ci ildə fevralın 26-29-da Azərbaycan hakimiyyətinin dəstəyi və SSRi rəhbərliyinin səssizliyi ilə Azərbaycanın Sumqayıt şəhərində ermənilərin qırğınları törədilib. Rəsmi məlumatlara görə, qırğınlar nəticəsində 27 nəfər öldürülüb və yüzlərlə erməni yaralandı. Bir neçə gün ərzində Sumqayıtda yaşayan 18 min erməni şəhəri tərk edib. Bir çox fakt və sübutlərə görə, Sumqayıtda qətlə yetirilənlərin sayı daha da böyükdür və  100-200 nəfərə çata bilər.

Sumqayıt qırğınlarından bir neçə il sonra, 1990-cı ilin fevralın 13-19-da Azərbaycan hakimiyyəti Bakıd ermənilərinin qırğınları törədib. Şəhərdə yaşayan ermənilər məhz erməni olduqlarına görə zorakılığa məruz qalıblar, didərgin salınıblar. Bakı ermənilərinin daşınar və daşınmaz əmlakları talan edilib. Beynəlxalq insan haqları təşkilatlarının da sübut etdiyi kimi, Bakıda 400-dən çox erməni zorakılığın qurbanı olub.

Daha çox göstər
Back to top button