İctimaiyyət

Azərbaycan Memarlar İttifaqının sədr müavini polis bölməsində üzləşdiyi qanunsuzluqlar haqda yazdı

Azərbaycan Memarlar İttifaqının sədr müavini, ölkəmizi dünya çapında təmsil edə biləcək memar, Sənətsünaslıq üzrə Elmlər Doktoru, Memarlıq üzrə fəlsəfə doktoru, professor, çoxsaylı ktablar müəllifi Elçin Əliyev ölümdən dönməsi haqda özünün facebook divarında fikirlərini yazıb. Məşhur memarın yazdıqlarından belə aydın olur ki, fevralın 6-da səhər tezdən övladını məktəbə aparıb, zamanı olduğundan Bayıl qəsəbəsində yerləşən, Qurban Abbasovun adını daşıyan küçədə yerləşən Stalin dövrü arxitekturasını mücəssiməsi olan binaların fotolarını çəkməyi qərarlaşdırıb.

Elçin Əliyevin yazdıqlarını oxuduqda, düşünürsən ki, dəhşət filminin süjeti ilə tanış olursan. “İş burasındadır ki, son ilər Stalin dövrünün arxitekturası ilə bağlı kitabın çapına hazırlaşıram, o dövrə aid, hələ ki, sökülməyən arxitektura abidələrini fotoapartın yaddaşına həkk edirəm. Maşından fotoaparatı götürüb yenicə çəkilişə başlamışdım ki, çox kobud ifadələrlə işlədən iki yoldaşın mənə tərəf gəldiyini gördüm. Sonradan bu yoldaşların Fuad Kərimov və Rahib Həsənov olduğunu bildim. Onlar məndən fotoçəkiliş aparmağımın səbəblərini soruşur, şəxsiyyətimi təsdiq edən sənədlər tələb edirdilər. Bu şəxslərə hesabat vermək öhdəliyim yoxdur deyə fotoçəkiliş aparmağımın onlara dəxli olmadığını dedim. Bundan sonra qışqır-bağır başlandı” – Elçin Əliyev yazır. 

Mənimlə elə danışırdılar ki, sanki həqiqətən də dövlətin düşməniyəm, hansı ki, dövlətin əsaslarını sarsıtmağa çalışır – vətəndaşın şəxsiyyətinə, hüquqlarına və ləyaqətinə heç bir hörmət etmirlər. Ərazidə nə baş verdiyini anlamaq həvəsləri belə yoxdur: belə görünür ki, bu adamlar insanın ləyaqətini alçaltmaqdan həzz alırlar, gözləyirlər ki, onlara öz tonlarında cavab verilsin və qalanı artıq sınanmış yoldur.Bu cür münasibətə tab gətirməyərək – anlayıram ki, indi əsəblərim tab gətirməyərək, cavab verə bilərəm – bunu isə kateqorik etmək olmaz, pravakatorlar elə bunu gözləyirlər, özüm üçün belə gözlənilməz şəkildə yerimdən qalxıb bölmə rəisinin otağına tərəf gedirəm. Katibə “rəis olduqca məşğuldur” deyib məni otağa buraxmaq istəmir. Başqa gedən yerim yoxdur, axradan təhqiqatçı mənə çatmaq üzrədir, cəld qapını açıb böyük stolun arxasında oturan polis polkovniki Bayram İslamovun boş otağına daxil oluram. 

Elçin Əliyev yazdıqlarından belə anlaşılır ki, Stalin dövrünün arxitekturasına aid abidəni ona çəkməyə sona qədər imkan verilməyib. Məşhur memar yazır ki, əraziyə qayıdıb həmin abidənin fotosunu çəkmək niyyətindədir.

Daha çox göstər
Back to top button