İctimaiyyət

Azərbaycanda deputatlığa namizədlər polisə çağırılır

Ermənistanın İctimai Radiosu “Azadlıq.org”-a istiandn xəbər verir ki, Milli Azərbaycanda  fevralın 9-da keçiriləcək seçkilərdə müxalif və bitərəf düşərgədən olan bəzi namizədlər polis orqanlarına çağırıldıqlarını deyirlər.

94 saylı Bərdə kənd seçki dairəsindən namizəd, Müsavat Partiyasının üzvü Dadaş Əhmədli fevralın 5-də bu rayonun polis şöbəsinə çağırıldığını söyləyib.

53 saylı Quba-Qusar seçki dairəsi üzrə deputatlığa bitərəf namizəd Cavid Qara da oxşar telefon zəngi aldığını deyib: “Mənə mobil nömrədən zəng gəldi. Zəng edən özünü polis əməkdaşı kimi təqdim etdi və mədəni şəkildə dedi ki, polisə çağırılmışam, rəis mənimlə söhbət etmək istəyi. Danışandan sonra o nömrəni dəqiqləşdirmişik, məlum olub ki, zəng vuran şəxs polisdə işləyir. 

C.Qara əlavə edib ki, bu, birbaşa seçki fəaliyyəti ilə bağlıdır: «Digər çağırılan namizədlərlə söhbətlərdən məlum olur ki, onları çağırıb təlimat veriblər ki, seçkilərin sabahısı günü kimisə meydanlara, etirazlara səsləmək kimi söhbətlər olmasın».

Daha çox göstər
Back to top button