İctimaiyyət

Azərbaycanda parlament seçkiləri ərəfəsində bir sıra müxalifət saytları bloklanmış olaraq qalır

Bir həftədən çoxdur Azərbaycanda bir sıra müxalif xəbər saytı bloklanmış olaraq qalır.

Ermənistanın İctimai Radiyosu “Turan” informasiya agentliyinə istinadən xəbər verir ki, yanvarın 31-də Müsavat Partiyasının, partiyanın gənclər təşkilatının Facebook-dakı səhifələri və Basta qəzetinin saytı haker hücumuna məruz qalıb.

İndiyədək Basta saytı bloklanmış olaraq qalır, deyə fevralın 6-da saytın redaktoru və Müsavat Partiyasının mətbuat katibi Mustafa Hacıbəyli bildirib.

Bundan əlavə, Sumqayıtın “Yüksəliş naminə” nəşrinin saytı da bloklanmış olaraq qalır. Saytın redaktoru Elçin Məmməd deputatlığa namizəddir. Onun iddiasına görə, nəşrin saytı Sumqayıtda hüquq pozuntuları və korrupsiya haqqında tənqidi materialların nəşrindən sonra bloklanıb.

Daha çox göstər
Back to top button