BaşlıcaSiyasət

Məmmədyarov və Çavuşoğlu Artsax məsələsini müzakirə etdilər

Fevralın 6-da  Bakıda Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov, türkiyəli həmkarı Mevlut Çavuşoğluna Cenevrədə Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyan ilə Dağlıq Qarabaə məsələsinin nizamlanmasıyla bağlı  görüşü barədə  məlumatlandırıb.Bu haqda Minval.az məlumat verir.Görüş Türkdilli dövlətlərin əməkdaşlıq şurası Xİ Nazirləri Şurasının Bakıda keçirilən  növbədən kənar iclası çərçivəsində  keçirilib.“Görüş ərzində Məmmədyarov və Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini, xüsusilə Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlərinin Cenevrə görüşünü müzakirə  etmişlər”-deyərək Azərbaycan Xarici işlər nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirlər Türkiyə və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional proqramların əhəmiyyətini də vurğuladılar.Xatırladaq ki, ER Xarici işlər naziri Zohrab Mnatsakanyan ilə Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov arasındakı görüş yanvarın 29-da Cenevrədə başladı və yanvarın 30-da başa çatdı. Görüş ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popovun ( Rusiya), Stefan Viskonti (Fransa), Andrey Sofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və iştirakı  və vasitəçiliyi ilə keçirilib.

Daha çox göstər
Back to top button