BaşlıcaTəhlil

Seçkiqabağı təşviqat azadlıqların məhdudlaşdırılması şəraitində aparılıb – SMDT

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 9 fevral parlament seçkilərinin monitorinqi çərçivəsində ikinci Aralıq Hesabatı dərc edib.

Hesabat 80 seçki dairəsindən 20 gün ərzində (17 yanvar – 5 fevral, 2020-ci il) daxil olmuş məlumatları əhatə edir.

Seçkiqabağı təşviqat dövründə siyasi azadlıqlara, xüsusilə sərbəst toplaşmaq, birləşmək və ifadə azadlığına son illər artan hüquqi-siyasi məhdudiyyətlər qalmaqda davam edib. Bu mərhələdə siyasi partiyalar və vətəndaş qrupları tərəfindən kütləvi aksiyalar və toplantıların keçirilməsi cəhdləri olmayıb. Bununla yanaşı dövlət televiziyalarında müxalif siyasi baxışlı şəxslərin iştirakı ilə hər hansı ictimai müzakirə və ya seçkinin gedişi ilə bağlı verilişlər yayımlanmayıb.

SMDT təəssüflə qeyd edir ki, parlament seçkiləri öncəsi və seçkiqabağı təşviqat dövründə siyasi mühitin demokratikləşməsi, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının müdafiəsi yönündə irəliləyişlər baş verməyib.

Parlament seçkilərinin geridə qalan hər iki mərhələsində ictimai-siyasi fəallara, deputatlığa namizədlərə və onların yaxınlarına qarşı təzyiq halları qeydə alınıb.

SMDT ümid edir ki, 9 fevral 2020-ci il parlament seçkiləri günü seçki komissiyaları səsvermə və səslərin sayılması prosesinin qanuni qaydada keçirilməsi, seçki prosesinə kənar müdaxilələrin, xüsusən də yerli icra strukturlarının müdaxilə etməməsi naminə müstəqil və obyektiv idarəçilik nümayiş etdirəcək.

Daha çox göstər
Back to top button