BaşlıcaSiyasət

Azərbaycanda seçici fəallığı 47,81% olub: Hakim partiya qələbəsindən danışıb

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində seçicilərin fəalığı çoxaşağı 47.81 faiz olub.

Səslərin sayılması başa çatmamışdan Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində yazıb ki, keçirilən exit-polların nəticələri “Yeni Azərbaycan” partiyasının qələbə çaldığını göstərir

“Partiyasının növbəti qələbəsi ilə partiyamızın üzvlərini təbrik edə bilərik. Qalib gəlmiş namizədlərimizi ürəkdən təbrik edirəm”.

Seçkilərlə bağlı Azərbaycanın MSK sədri Məzahir Pənahov bildirib ki, 5573 seçki məntəqəsinin 87 faizindən, yəni 118 seçki dairəsinin 4823 seçki məntəqəsindən MSK-ya protokollar daxil olub.

Azərbaycan MSK-nın sədri Məzahir Pənahov keçirdiyi brifinqdə bildirik ki, MSK ölkənin parlament seçkilərində səsvermə prosesi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları çox ciddi şəkildə araşdıracaq:

“Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”.

Seçkilərdə 20 siyasi partiyadan 1314 namizəd iştirak edib. Müxalifətçilər çox sayda qanun pozuntularını – doldurma, karusellər və müşahidəçilərin maneə törətdiklərini bildirirlər.

Daha çox göstər
Back to top button