
Rus diplomatların günü münaisbətilə Rusiyanın Ermənistandakı səfirliyinin işçiləri səfir Sergey Kopirkinin başçılığıyla fevralın 10-da erməni xalqının böyük dostu, görkəmli rus şairi və diplomat Aleksandr Griboyedovun heykəli önünə gül-çiçək dəstəsi qoydular.
Armenpres-ə əsasən, erməni-rus münasibətlərinin hazırkı vəziyyəti barədə danışarkən jurnalistlərlə söhbət zamanı səfir Sergey Kopirkin vurğuladı ki, erməni-rus münasibətləri yüksək səviyyədədir.
“Bu status yaxşı məlumdur: biz müttəfiqik, strateji tərəfdaşıq, erməni və rus xalqları qardaşdır. Bütün bunlar intensiv olan diplomatik münasibətlərimizə də təsir edir. Həqiqətən də diplomatik münasibətlərimiz yaxın və birbaşadır”- deyə Kopirkin qeyd edib.
Səfirliyin işçiləri və səfir həm də paytaxtın mərkəzi qəbiristanlığını ziyartə etdi və diplomatiyaya böyük töhfələr vermiş məşhur erməni diplomatların məzarları önünə gül çiçəklər qoydular.
“Bir çox ortaq məsələlərimiz və maraqlarımız olduğunu nəzərə alaraq, düşünürəm ki, belə zəngin tarix və ənənələr ilə sıx əməkdaşlıq etməliyik. Bu mürəkkəb dünyada əsas məsələlərdə erməni və rus diplomatları eyni cəbhədə dayanır. Bu çox vacibdir və Rusiya bunu yüksək qiymətləndirir”- deyə Kopirkin qeyd etdi.