Siyasət

İlham Əliyev AŞPA qətnaməsini “kağız parçası” adlandırıb

Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir qətnaməsindən küsüb və deyib ki, bu təşkilatda deqradasiya prosesi gedir, Azəerbaycan onların heç bir tələbini icra etməyəcək.

Əliyev AŞPA tərəfindən qəbul olunan “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqda iş” qətnaməsindən küsüb. Azərbaycan ölkədə siyasi məhbusların olmadığını deyir, bu isə ökəni daha da gülünc vəziyyətə salır.

“Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik”, – İlham Əliyev Çavuşoğlu ilə görüşdə bildirib.

Qeyd edək ki, Türkiyə Azərbaycanı dəstəkləyib və qətnamənin qəbulunun qarşını almağa çalışıb. Türkiyəli deputat həttə qeyd etdi ki, Ermənistanda insan hüquqları pozulur və Ermənistan nüvə stansiyasını nümunə olaraq göstərib. Əlbəttə ki, bu ritorika AŞPA üzvləri dəstəkləmədilər.

Əliyev qətnamə ilə bağlı həmçinin elan edib:

“Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik”.

Aydındır ki, Bakı monarxı, xüsusən Azərbaycanın Avropa rəsmilərinə rüşvət vermək üçün xərclədiyi milyonlarla dolları nəzərə alaraq AŞPA-nın belə bir qərarına hazır deyildi.

Daha çox göstər
Back to top button