BaşlıcaSiyasət

Milli Məclisə seçkilərin ilkin nəticələri məlum olub: YAP parlamentdə əksəriyyət təşkil edəcək

Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə bütün seçki məntəqələrindən protokollar Mərkəzi Seçki Komissiyasına daxil olub.

Bu barədə MSK-nın saytında məlumat yerləşdirilib.

Beləliklə, 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsindən daxil olmuş protokollar üzrə məlumatlar açıqlanıb və parlament seçkilərinin ilkin nəticələri, lider namizədlər məlum olub.

İlkin nəticələrə əsasən, seçki dairələri üzrə lider namizədlərin sırasında YAP partiyadan 71, bitərəf 44, DİP 1, BQP 1, BAXCP 1, VHP 3, VP 1, VBP 1, ADMP 1, AVP 1 namizəd var.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin yoxlanılmasını və yekun vurulmasını fevralın 29-dək təmin etməlidir.

Daha çox göstər
Back to top button