BaşlıcaSiyasət

Əliyev: Azərbaycan Avropa Şurasının tələblərini icra etməyəcək

Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan Avropa Şurasının tələblərini icra etməyəcək. Bu barədə İnterfax Azərbaycan məlumat yayıb.

Əliyevin sözlərincə, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda erkən parlament seçkilərinin gedişatı ilə bağlı qərəzlidirlər, ” onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır “.

Avropa Şurası tərəfindən belə bir münasibətin son təzahürü “Azərbaycanda siyasi məhbuslar haqqında məlumat” qətnaməsi oldu. Əliyev sənədin qəbulunu seçkilərə kobudcasına müdaxilə adlandırdı.

“Bizə qarşı irəli sürülən ittihamları rədd edirik və bizə qarşı ünvanlanmış dırnaqarası tələblərin heç birini icra etməyəcəyik”- deyə Əliyev vurğuladı.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar ayındakı qətnaməsi Bakını siyasi məhbusların problemlərini “etibarlı və tam şəkildə” həll etməyə çağırmışdı. Əliyev bildirdi ki, Azərbaycan üçün bu sənəd sadəcə bir kağız parçasıdır.

Daha çox göstər
Back to top button