BaşlıcaSiyasət

AİHM-in qərarı sübut edir ki, Azərbaycanın nəzarətində olan hər bir erməni təhlükə altındadır: ER XİN

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı  sübut edir ki,  statusundan asılı olmayaraq, Azərbaycan hakimiyyəti nəzarətində olan hər bir erməni təhlükə altındadır. Bu barədə ER Xarici işlər nazirliyi, AİHM-in 30 yanvar tarixli qərarına  toxunaraq bəyan edib.

“Yanvarın 30-da  AİHM Saribekyan və Balayan Azərbaycana qarşı  işiylə bağlı qərar qəbul etdi.  Bu, Azərbaycan  nəzarətində, Azərbaycan hərbi polis idarəsində olan  ER vətəndaşı  Manvel Saribekyanın ölüm hadisəsi barədə idi. Manvel Saribekyan 2010-cu il sentyabr 11-də pis hava şəraiti ilə əlaqədar itkin düşdü və Tavuş bölgəsində sərhədi keçərək  Azərbaycan tərəfinin hissəsinə girib.  Bir ay sonar isə 2010-cu il noyabrın 4-də Saribekyanın cəsədi  erməni tərəfinə verildi. Azərbaycan  versiyasına görə, erməni çoban  Azərbaycan MN hərbi polis idarəsində  intihar edib.

Qeyd etmək lazımdır ki,  Azərbaycan tərəfi  açıq-aşkar  yalan ittihamlarla Manvel Saribekyana qarçı cinayət işi açıb və  onu işgəncələr altında Azərbaycan televiziyasında görünməyə məcbur etdi.

Avropa İnsan Hüquqları Məhkəməsi  ER vətəndaşının İnsan Hüquqları üzrə Avropa Konvesiyasıyla təmin edilmiş  əsas hüquqların pozulmaları, xüsusən  Konvesiyanın 2-ci maddəsinin (həyat hüququ) həm maddi-hüquqi, həm də məhkmə aspektləri üzrə pozuntuları, eləcə də Konvesiyanın 3-cü  maddəsinin (işgəncələrin qadağan olunması) pozulmasını qeyd edib, çünki  Avropa İnsan Hüquqları Məhkəməsi üçün şübhə doğurmur ki, Saribekyanın Azərbaycan hakimiyyətinin bilavasitə nəzarəti altında qəsdən son dərəcə ciddi və qəddar əzablara məruz qalıb.

Qərar görünməmişdir: ilk dəfə olaraq Avropa İnsan Haqları Məhkəməsi Ermənistan vətəndaşının həyatdan məhrum edilməsində Azərbaycanın məsuliyyətini təsdiqlədi və Ermənistan vətəndaşının, xüsusən də Azərbaycan hərbi polisinin zorakı hərəkətləri nəticəsində işgəncələrə məruz qaldığını qeyd etdi.

Bu qərar bir dəfə də  sübut edir ki, Azərbaycan açıqcasına  insan hüquqlrının beynəlxalq öhdəliklərini pozur. O, həm də sübut edir ki, statusundan asılı olmayaraq Azərbaycan hakimiyyəti nəzarətində olan hər bir erməni təhlükə altındadır.

ER öz vətəndaşların və erməni xalqın təhlükəsizliyinin və ədalətin  təmin edilməsi istiqamətində səylər göstərməyə davam edir”- deyə ER XİN bəyanatında qeyd edilir.

Daha çox göstər
Back to top button