BaşlıcaSiyasət

Azərbaycandakı Amerika Səfirliyi։ “Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu”

ABŞ-ın Azərbaycandakı səfirliyi 9 fevral parlament seçkiləri ilə bağlı bəyanatla çıxış etdi. 

Ermənitsnaın İctimai Radiosu “Turan” informasiya agentliyinə istinadən xəbər verir ki, bəyanatda ABŞ ATƏT DTİHB-nin monitorinq missiyasının 9 fevral seçkilərinin həqiqi rəqabətin qarşısını alan məhdudlaşdırıcı qanunverici və siyasi mühitdə keçdiyinə dair müşahidə və narahatlıqlarını bölüşdüyünü bildirdi.

“Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu. Seçki günü DTİHB-nin müşahidə etdiyi ciddi prosedur pozuntuları, o cümlədən səs qutularının toplu bülletenlərlə doldurulması, qrup şəklində səsvermə, tutuşdurma prosedurlarına məhəl qoyulmaması və səslərin sayılması zamanı şəffaflığın məhdudlaşdırılması bizi məyus etdi. DTİHB-nin hesabatından məlum olur ki, çox sayda qayda pozuntuları baş verib. Bunları araşdırmaq və ATƏT DTİHB-nin keçmiş və gələcək tövsiyələrini həyata keçirmək Azərbaycan üçün ATƏT-in üzv olkəsi kimi olaraq öz üzərinə götürdüyü, daha da vacibi isə, Azərbaycan xalqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi məqsədilə vacib olacaqdır”.

Daha çox göstər
Back to top button