Başlıcaİctimaiyyət

Deputatlığa namizədlər seçkilərin nəticələrinə etiraz edib (video)

Fevralın 11-də seçkilərin nəticələrinə etiraz olaraq Bakının 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədlər Zəlimxan Məmmədli, Ruslan İzzətli, Əhəd Məmmədli, Nuşabə Sadıxlı seçki dairəsinin qarşısında toplaşıblar.

“Azadliq.org” saytına əsasən, namizədlər jurnalistlıərə bildirib ki, namizəd olduqları seçki dairəsinin seçki məntəqələrində ciddi qanun pozuntuları olub.

Bu zaman əraziyə gələn polislər deputatlığa namzidələrə DSK-nin binasının qarşısını tərk etməyi və Mərkəzi Seçki Komissiyasına müraciət etməyi məsləhət bilib.

Deputatlığa namizəd Ruslan İzzətli toxunulmazlıq hüququnun olduğunu bildiriərək polisləri etiraz bəyanatını oxumağa mane olmamağa çağırıb.

Hadisə yerinə gələn polislər bununla namizədlərin yolu kəsdiklərini, onların asayişi pozduqlarını iddia ediblər. Bundan sonra isə yaranan gərginlik zamanı namizədlərdən ikisi saxlanıb. Təqribən 10-15 dəqiqə sonra saxlanan namizədlər sərbəst buraxılıblar.

Daha çox göstər
Back to top button