BaşlıcaBeynəlxalq

Səninləyik Çin: Erməni icması çinlilərə dəstək video materialını dərc edib

Çinin erməni icması internetdə koronavirusla mübarizə aparan çinlilərə dəstək videosunu yayımladı. Filmdə Çinin müxtəlif yerlərində, Hong Kong və Ermənistanda yaşayan ermənilər Çinə olan sevgilərini vurğulayır və ölkə və xalqının koronavirusa qalib gələ biləcəyinə əmin olduqlarını  bildiriblər.

Onlar Dəstək mesajı olan “Jia You” ifadəsini istifadə ediblər. Verilən məlumata görə  video materialı öz  Feysbuk səhifəsində  Çin və Honkonqun erməni icmasının sədri, Honkonqun FinTech Asosiassiyasının sədri Henri Arslanyan   yerləşdirib. O, yazaraq qeyd edib ki, Çində erməni icmasıyla Koronavirusla   həyacanlandırıcı  mübarizədə Çinə dəstək olduğu üçün  ürəkağrıdıcı “China”  video çarxı üçün   oradakı erməni icmasıyla qürür hissini  keçirir. Videoda Arslanyan da çıxış edir:

“ Sevimli Çinli dostlar, ümid edirəm ki, bildiyiniz bu çətin və ağır günlərdə, bizim erməni icmamız  və dünyanın hər yerində olan ermənilər hər zaman  sizinlə yan-yanaşı olacaqlar yanınızda olacaq, sizə kömək və dəstək verəcəkdir”-deyərək o, qeyd edir.Çin bir neçə həftədir ki, Koronavirusa qarşı mübarizə aparır, hansı ki,   təkcə Çinə deyil, dünyanın digər ölkələrinə də yayılaraq insan həyatını  tərk edir.Çində 2019-nCoV virusunun səbəb olduğu sətəlcəm qurbanlarının sayı bir gündə 108 nəfər artaraq, cəmi 1016 nəfər ölmüş və təxminən 4 000 nəfər sağalmışdır.  Fevralın 11-də  olan müddətdə ölkədə infeksiyanın sayı 42 min 638-ə çatıb.

Daha çox göstər
Back to top button